...

Polis Cəlilabadda13 kiloqram narkotik vasitə və həblər aşkarlayıb

Hadisə Materials 23 İyun 2025 11:06 (UTC +04:00)
Polis Cəlilabadda13 kiloqram narkotik vasitə və həblər aşkarlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Babək Kərimli saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsdən 13 kiloqram marixuana və 199 ədəd metadon həbi aşkarlanıb.

Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, B.Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti