...

İsrail ordusu Fordo nüvə obyektinin ətrafında hava əməliyyatı keçirib

Dünya xəbərləri Materials 23 İyun 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Fordo şəhərində yerləşən nüvə obyektinin ətrafına zərbə endirib.

Bu barədə Trend IDF-in mətbuat xidmətinə istinadən məlumat verir.

Ordunun yaydığı məlumata görə, zərbənin məqsədi həmin nüvə obyektin gedən yolları bağlamaq olub.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti