...

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)

Hadisə Materials 23 İyun 2025 17:34 (UTC +04:00)
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Trend -in əldə etdiyi məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Lada” markalı nəqliyyat vasitəsinin sürücüsü Üzeyir Şirinov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Məhkəmənin qərarı ilə Ü.Şirinov inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti