Bakı. Trend:
Təbriz ən çox hücum edilən şəhərlərdən biridir.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın bir çox şəhərləri hücumlara məruz qalır.
"Əhalinin şəhərləri tərk etməsi ilə bağlı xəbərlər isə həqiqəti əks etdirmir", - o əlavə edib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.