Bakı.Trend:
Cənubi Koreyada xüsusi prokuror qrupu sabiq prezident Yun Sok Yolun qiyam işi üzrə ölüm cəzasına məhkum olunmasını məhkəməyə tövsiyə edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Сənubi Koreyanın mövcud qanunvericiliyinə əsasən, ölkədə dövlət çevrilişinə cəhdə görə həmin cəhdin təşkilatçısına bu üç cəzadan biri verilir: edam cəzası, ömürlük azadlıqdan məhrum etmə və məcburi əmək olmadan ömürlük həbs.
Xatırladaq ki, Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq hərbi vəziyyət elan etməsi səbəbilə üsyanın təşkilində ittiham olunub. Onun işi üzrə məhkəmə hökmünün fevral ayının əvvəlində açıqlanacağı gözlənilir. Cənubi Koreyada ölüm cəzası 1997-ci ildən bəri tətbiq edilmir.
