Bakı. Trend:
2025-ci il ərzində Azərbaycan Respublikasının Təhsil İnstitutunda elmi kadr hazırlığı sahəsində mühüm nəticələr əldə olunub.
Trend xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə institutun 12 nəfər doktorant və dissertantı fəlsəfə doktoru elmi dərəcəsini uğurla müdafiə edib. Müdafiə edənlərin 10 nəfəri pedaqogika, 2 nəfəri isə psixologiya elm sahəsi üzrə olub.
Bu göstərici Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi potensialının gücləndirilməsi, elmi-pedaqoji kadrların hazırlanması və müasir elmi tədqiqatların təşkili istiqamətində apardığı məqsədyönlü fəaliyyətin mühüm nəticəsi kimi qiymətləndirilə bilər. Müdafiə olunan dissertasiya işləri aktual elmi problemlərə həsr olunmaqla yanaşı, təhsil və psixologiya sahəsində nəzəri yanaşmaların zənginləşdirilməsinə, eləcə də praktik tətbiq imkanlarının genişləndirilməsinə xidmət edir.
Müvafiq keçidə daxil olmaqla 2025-ci ildə müdafiə etmiş doktorant və dissertantların siyahısı ilə tanış ola bilərsiniz.
