...

Prezident İlham Əliyev: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

Siyasət Materials 13 Yanvar 2026 18:22 (UTC +04:00)
Prezident İlham Əliyev: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib.

Beş il bundan əvvəl vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlərin qayıtmağa başladıqlarını vurğulayan dövlətimizin başçısı deyib ki, bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti