...

Zəngilanda yeni yaşayış məhəlləsi tikiləcək – 34 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 13 Yanvar 2026 17:30 (UTC +04:00)
Zəngilanda yeni yaşayış məhəlləsi tikiləcək – 34 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinə başlanılır.

Trend-in məlumatına görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda yaşayış məntəqəsini tikəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum sözügedən işlərin 33,9 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bu il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti