Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının icbari tibbi müayinədən keçirilməsi xidmətinin satın alınması üzrə tender elan edib.
Trend xəbər verir ki, prosedurda iştirak haqqı 32.87244 AZN-dir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 5 fevral
2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim
etməlidirlər. Tender paketlərinin açılışı 5 fevral 2026-cı il saat
17:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 493 50 58
Əlaqədar şəxs: Abdulla Böyükkişiyev
Email: [email protected]
Ünvan: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90
