...

Fransada doğum sayı rekord səviyyədə düşüb

Dünya xəbərləri Materials 13 Yanvar 2026 16:43 (UTC +04:00)
Fransada doğum sayı rekord səviyyədə düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada 2025-ci ildə doğum səviyyəsi 1944-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumat yayıb.

Hesabata görə, 2025-ci ildə 654 min uşaq doğulub ki, bu da 2024-cü illə müqayisədə 2,1%, 2010-cu illə müqayisədə isə 24% azdır.

Qeyd olunur ki, 2010-cu ildə Fransada doğum səviyyəsi ən yüksək göstəriciyə çatmışdı.

“Doğum əmsalı azalmağa davam edir: 2024-cü ildə hər qadına orta hesabla 1,61 uşaq düşdüyü halda, 2025-ci ildə bu göstərici 1,56-ya enib. Bu isə Birinci Dünya müharibəsinin sonundan bəri qeydə alınan ən aşağı səviyyədir”, -deyə məlumatda qeyd olunur.

İnstitut həmçinin diqqətə çatdırır ki, 2025-ci ildə ölənlərin sayı doğulanların sayını üstələyib və 651 min nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti