...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Cəmiyyət Materials 13 Yanvar 2026 19:20 (UTC +04:00)
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

"Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti