Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin İrana girişinin qadağan olunması təklif edilib.
Trend-in məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü İsmayıl Kovsəri yerli mediaya açıqlamasında deyib.
“İranın Ali Milli Təhlükəsizlik Şurasına Rafael Qrossinin İrana girişinin həmişəlik qadağan olunmasını təklif etmişəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, İranda müxtəlif dairələr və rəsmilər İranın nüvə obyektlərinə hücumlarında AEBA baş direktorunu qınayırlar.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.