...

İsrailin İrana hücumlarına qarşı beynəlxalq təşkilatlara üzv ölkələr tərəfindən tədbirlərin görülməsi gözlənilir - Seyid Cəfər Ağayi Məryan

Siyasət Materials 23 İyun 2025 14:27 (UTC +04:00)
İsrailin İrana hücumlarına qarşı beynəlxalq təşkilatlara üzv ölkələr tərəfindən tədbirlərin görülməsi gözlənilir -  Seyid Cəfər Ağayi Məryan
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana hücumlarına qarşı beynəlxalq təşkilatlara üzv ölkələr tərəfindən tədbirlərin görülməsi gözlənilir.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran ABŞ ilə dolayı müzakirələrin 6-cı raundunu keçirmək istədiyi bir vaxtda İsrail İrana hərbi hava hücumlarına başlayıb.

13 iyunda İsrailin İrana hücum edərək İranın hərbi komandanlarını və nüvə alimlərini öldürərək İranda təhlükəli vəziyyəti yarada biləcəyini düşünürdü. Lakin İran BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən bu təcavüzə reaksiya verib və özünü müdafiə edib. İsrail bütün beynəlxalq qanunları pozaraq İrana qanunsuz hücumlar edib. İsrail beynəlxalq normaları pozaraq nüvə obyektlərinə, Fars körfəzindəki neft və qaz obyektlərinə hücum edib. Münaqişənin Fars körfəzinə yayılması çox təhlükəli addımdır. Bu hücumlar əsnasında İran diplomatik yolun davam etdirilməsi məqsədilə Avropa ölkələri ilə müzakirələrə maraq göstərib. 3 Avropa ölkəsi, Aİ nümayəndəsi və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra danışıqlar aparıb. Lakin bu arada ABŞ İrana təcavüz edib. Bu istiqamətdə BMT, İƏT, Qoşulmama Hərəkatından İsrailə qarşı ciddi tədbirlərin görülməsi gözlənilir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti