...

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2025 12:35 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Ə.N.Gəncəvi küçəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti