Bakı.Trend:
Artıq bir müddətdir ki, İran və İsrail arasında münaqişə davam edir.
Bəs, baş verən hadisələr Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına necə təsir edib?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi fasiləsiz şəkildə davam etdirilir.
Bildirilib ki, beynəlxalq yük daşımalarında hər hansı məhdudiyyət tətbiq edilməyib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.