...

Tramp İranın Qətər bazasına raket hücumuna münasibət bildirib

Dünya xəbərləri Materials 24 İyun 2025 00:54 (UTC +04:00)
Tramp İranın Qətər bazasına raket hücumuna münasibət bildirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranın Qətərdəki ABŞ hərbi bazasına hücumu ilə bağlı bəyanatla çıxış edərək, Qətər əmirinə regionda sülhün təmin edilməsi üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp sosial şəbəkədə yazıb.

"Mən Qətərin çox hörmətli əmirinə regionda sülhün bərqərar olması üçün etdiklərinə görə təşəkkür etmək istərdim", - deyə o qeyd edib.

O, Qətərdəki Amerika bazasına bugünkü hücumdan danışaraq vurğulayıb: “Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, son dərəcə vacib olan amerikalı itki və xəsarətlərin olmaması ilə yanaşı, Qətərlilər arasında da itkiləri yoxdur”.

"Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!", deyə Tramp yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti