...

İran ABŞ-nin hücumuna reaksiya verib - İranın Ali Lideri

Dünya xəbərləri Materials 24 İyun 2025 00:10 (UTC +04:00)
İran ABŞ-nin hücumuna reaksiya verib -  İranın Ali Lideri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Silahlı Qüvvələri ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə açıq-aşkar təcavüzünə qətiyyətli cavab verib.

Trend-in məlumatına görə, bu barədə İranın Ali Lideri Ayətulla Seyid Əli Xameneinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Paylaşımda qeyd olunur ki, ABŞ İranın dinc məqsədli nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ açıq-aşkar şəkildə pozub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Xəbər lenti

Xəbər lenti