...

PSJ 1/8 finalda, “Atletiko Madrid” qrupda qalıb - Klublararası dünya çempionatı

İdman Materials 24 İyun 2025 01:58 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı (KDÇ) davam edir.

Trend-in məlumatına görə, B qrupunun üçüncü turunda Fransa nəhəngi PSJ ABŞ təmsilçisi “Sietl Saunders"i 2:0 hesabı ilə məğlub edib.

Eyni qrupda yer alan İspaniyanın "Atletiko Madrid" kollektivi isə Braziliya "Botafoqo"sunu 1:0 hesabı ilə üstələyib.

PSJ 6 xalla qrup lideri olub və 1/8 finala vəsiqə qazanıb. Madrid təmsilçisi isə qalib gəlməsinə baxmayaraq, turnir cədvəlini üçüncü bitirib, 6 xalla ikinci olan "Botafoqo" isə pley-offa yüksəlib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti