...

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Yay Məktəbi fəaliyyətini davam etdirir (FOTO)

Cəmiyyət Materials 23 İyun 2025 19:19 (UTC +04:00)
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Yay Məktəbi fəaliyyətini davam etdirir (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) uşaq, yeniyetmə və gənclər üçün ənənəvi Yay Məktəbi bu mövsüm də fəaliyyətini davam etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktəbdə ingilis, rus, gürcü və fransız dili kursları, eləcə də şahmat, proqramlaşdırma, video montaj, rəsm və məntiq üzrə təlimlər təşkil olunur.

Dmanisi, Marneuli və Keşəlidə “Sən və Süni İntellekt” mövzusunda təlimlər artıq uğurla başa çatıb. İdman sahəsində güləş və cüdo məşğələləri keçirilir.

Həmçinin yay boyunca müxtəlif ekskursiyalar, inkişafyönümlü təlimlər və maarifləndirici görüşlərin təşkili planlaşdırılıb.

İyul ayının sonunda ənənəvi xarakter alan, Rəşid Pəhləvanın xatirəsinə həsr olunan, güləş üzrə 3-cü Marneuli açıq turniri keçiriləcək. Bu il beynəlxalq status alacaq turnirdə Gürcüstanla yanaşı Azərbaycandan güləş komandasının iştirakı da nəzərdə tutulur.

GAİM-in bu təşəbbüsü bölgədə yaşayan uşaq, yeniyetmə və gənclərin bilik və bacarıqlarının artırılmasına, onların şəxsi inkişafına və sosial fəallığının gücləndirilməsinə mühüm töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti