...

Anar Məmmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Hadisə Materials 23 İyun 2025 14:58 (UTC +04:00)
Anar Məmmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Bakı. Trend:

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Anar Məmmədlinin vəkili Elçin Sadıqov məhkəməyə vəsatət verib.

Vəkil vəsatətində sübutlar siyahısında olan bir neçə sənədlərin xaric edilməsini və cinayət işinə xitam verilməsini istəyib.

Vəkil ilk vəsatətində imzaların müvəkkilinə aid olmadığını əsas gətirib.

Məhkəmə vəsatətin geniş həcmli olduğunu , məhkəmə tərkibinin vəsatətlə tanış ola bilmədiklərini qeyd edərək məhkəməni təxirə salıb.

Məhkəmənin növbəti prosesi 30 iyunda keçiriləcəkdir.

Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti