...

İranın neft ixracında artım qeydə alınıb (ÖZƏL)

İqtisadiyyat Materials 23 İyun 2025 14:59 (UTC +04:00)
İranın neft ixracında artım qeydə alınıb (ÖZƏL)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Son vaxtlar İranın xam neft ixracında artımın qeydə alındığı bildirilir.

Bunu Trend-ə açıqlamasında İran səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan deyib.

Onun sözlərinə görə, hazırda İranın xam neftinin gündəlik 2,3 milyon barel təşkil etdiyi bildirilir.

Ağayi Məryan deyib ki, neft ixracının davam etdirilməsində hər hansı problem yaranmayıb.

Qeyd edək ki, İranın neft naziri Möhsün Paknejad 11 iyunda yerli mediaya açıqlamasında bildirib ki, müxtəlif aylarda İranın xam neftinin ixracında rekord rəqəmlər qeydə alınıb.

Əlavə edək ki, ABŞ-nin İranın neft ixracına tətbiq etdiyi sanksiyalara görə, İran xam neft ixracı ilə əlaqədar məlumatları gizli saxlayır.

Bildirək ki, İranda hazırda 74 neft yatağı və 22 qaz yatağı aktivdir. İranın Cənub Neft Zonaları Milli Şirkətinin ərazisində 37, İranın Mərkəzi Neft Zonaları Şirkətinin ərazisində 14, Ərvəndan Neft-Qaz Hasilatı Şirkətinin ərazisində 5, Ofşor Neft Şirkətinin ərazisində 18 neft yatağı fəaliyyət göstərir. Həmçinin İranın Cənub Neft Zonaları Milli Şirkətinin ərazisində 5, Mərkəzi Neft Zonaları Şirkətinin ərazisində 13, Pars Neft-Qaz Şirkətinin ərazisində 1, Ofşor Neft Şirkətinin ərazisində 3 qaz yatağı fəaliyyət göstərir.

Əlavə edək ki, İranın bütün karbohidrogen ehtiyatı 1,2 trilyon bareldir. İran mövcud texnologiya avadanlıqları ilə onun 340 milyard barelini çıxara bilər. İran təxminən 30%-dən istifadə edə bilər və 70% yer altında istifadəsiz qalır.

Xəbər lenti

Xəbər lenti