...

Hörmüz boğazının bağlanması İran Silahlı Qüvvələri səviyyəsində araşdırılır – İran XİN

Dünya xəbərləri Materials 23 İyun 2025 13:07 (UTC +04:00)
Hörmüz boğazının bağlanması İran Silahlı Qüvvələri səviyyəsində araşdırılır – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazının bağlanması İran Silahlı Qüvvələri səviyyəsində araşdırılmaqdadır.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkənin müdafiəsi istiqamətini daha yaxşı anlayır və bu səbəbdən bu məsələ həmin səviyyədə araşdırıla bilər.

Bəqai deyib ki, İran diqqətini var-gücü ilə ərazi bütövlüyünü, suverenliyini və mənafeyini müdafiə etməyə yönəldib.

“İranın müdafiəsi, İrana qarşı cinayətlərin bir daha təkrarlanmaması və onların peşman edilməsi üçün hansı mexanizmlərdən istifadənin olunması Silahlı Qüvvələrin səlahiyyətindədir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti