Bakı. Trend:
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Lüksemburqda keçiriləcək iclasda İsrail və İran arasında artan gərginliyi müzakirə edəcəklər.
Trend xəbər verir ki, görüş zamanı nazirlər həmçinin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləməyi planlaşdırırlar.
Toplantıda Qəzza zolağında davam edən humanitar böhranla əlaqədar bir neçə israilli nazirlə bağlı sanksiyaların tətbiqi məsələsinə də yenidən baxılacaq. Lakin üzv ölkələr arasında konsensusun olmaması səbəbindən bu qərarın qəbul olunması ehtimalı olduqca aşağı qiymətləndirilir.
Qeyd edək ki, bu görüş iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammiti və iyunun 26-27-də Brüsseldə baş tutacaq Aİ dövlət başçılarının toplantısından əvvəl Aİ xarici işlər nazirlərinin sonuncu iclasıdır. Bu səbəbdən nazirlər qarşıdakı sammitlərə hazırlıq məsələlərini də müzakirə edəcəklər.