...

Azərbaycan Kredit Bürosu müvafiq innovasiyalarını xarici təşkilatlara nümayiş etdirəcək - Elçin Həbibov

İqtisadiyyat Materials 23 İyun 2025 11:30 (UTC +04:00)
Azərbaycan Kredit Bürosu müvafiq innovasiyalarını xarici təşkilatlara nümayiş etdirəcək - Elçin Həbibov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Kredit Bürosu 2018-ci ildə yaranıb və hazırda 268 təşkilatla məlumat mübadiləsini həyata keçiririk.

Trend xəbər verir ki, bunu Azərbaycan Kredit Bürosunun (AKB) baş direktoru Elçin Həbibov Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Kredit Bürosu regionda ən böyük kredit bürosuna çevrilib:

"2018-2025-ci illərə baxsaq, kredit bürosu həm beynəlxalq əməkdaşlıq edir, həm öz infrastrukturunu formalaşdırıb, eləcə də beynəlxalq standartlara uyğun sertifikasiyadan keçib.

Kredit Bürosunun hazırda bazarda 35-dən artıq fəaliyyət istiqamətində maliyyə sektoruna xidmət edir".

"Xarici kredit büroları bizə müvafiq məhsul, xidmət və innovasiyaları nümayiş etdirirlər. Azərbaycan Kredit Bürosu da özünün yaratmış olduğu müvafiq innovasiyaları xarici kredit təşkilatlarına nümayiş etdirəcək. Bu, gələcəkdə regional əməkdaşlığımızı daha da dərinləşdirəcək", - deyə E. Həbibov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti