...

Həbsdə olan xalası oğluna sümüyün içərisində narkotik keçirmək istədi (FOTO)

Hadisə Materials 23 İyun 2025 16:16 (UTC +04:00)
Həbsdə olan xalası oğluna sümüyün içərisində narkotik keçirmək istədi (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti