Bakı. Trend:
Səyahət mövsümünün başlaması ilə əlaqədar bir çox planlarınız ola
bilər. Bu planlar arasında vacib detallardan biri səyahət
sığortasıdır. İndi səyahət planlayanlar, Yelo App ilə səfərlərini
daha təhlükəsiz və rahat şəkildə təşkil edə bilərlər!
Yelo App-də səyahət sığortası almaq daha asan və sürətlidir.
Tətbiqdəki "Əlavələr" menyusuna keçib, "Sığorta" bölməsində lazımi
məlumatları dolduraraq sığorta əldə etmək mümkündür. Rəqəmsal həll
sayəsində bu prosesi istənilən vaxt, istənilən yerdə həyata keçirə
bilərsiniz. Sığorta sənədiniz elektron formada tətbiqdə saxlanır və
hər zaman əlçatan olur.
Yelo App vasitəsilə səyahət sığortası almağın üstünlükləri arasında
ən vacibi sadəlik və sürətdir. Artıq saatlarla sığorta şirkətlərini
araşdırmağa ehtiyac yoxdur; bir neçə kliklə səyahətinizin
təhlükəsizliyini təmin edin.
Yelo App həmçinin səfirliyə arayış sifarişi vermək imkanı da təqdim
edir. Arayış, sifariş tamamlandıqdan sonra 1 iş günü ərzində kuryer
vasitəsilə ünvanınıza çatdırılacaq. Yelo Bank müştərilərinə
rəqəmsal dünyada ən rahat və istifadəçi dostu həlləri təqdim etməyə
davam edir. Səyahətə hazır olun, Yelo App ilə səyahət sığortanızı
dərhal əldə edin! Yelo App-i yükləmək üçün: http://bit.ly/43l80Bt
Yelo Bank-dan
seyahet krediti əldə etmək istəyərdiniz? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Tam onlayn səyahət sığortası Yelo App-də
