Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Qətərdəki bazalarına hücumla bağlı bəyanat yayıb.
Trend xəbər verir ki, bəyanatda deyilir:
"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib".
Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-nin Qərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.
"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzü cavabsız qoymayacaq", - deyə bildirilib.