Bakı. Trend:
İranda ötən günlərdə İsrailə məxsus vurduğu “F 35” qırıcı təyyarələrdən birinin qalıqları olduğu bildirilən kadrlar yayımlanıb.
Trend-in məlumatına görə, bununla bağlı video-kadrlar yayımlanıb.
Video-kadrlarda qalıqların “F 35” qırıcı təyyarəsinə məxsus olduğu qeyd edilir.
Qeyd edək ki, ötən günlərdə İran İsrailə məxsus bir neçə “F 35” qırıcı təyyarəsinin vurulduğunu açıqlayıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.