...

Küveyt və Bəhreyn hava məkanını açıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 İyun 2025 01:25 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Küveyt və Bəhreyn hakimiyyəti Dohadakı Əl-Udayd hərbi bazasına raket hücumundan sonra bağlanan hava məkanını açıb.

Trend xəbər verir, baza ABŞ Hərbi Hava Qüvvələrinin Fars körfəzindəki ən böyük bazalarından biridir və ABŞ-ın İranın nüvə infrastrukturuna zərbələrinə cavab olaraq hücuma məruz qalıb.

xxx

22:02

İraq, Küveyt və Bəhreyn İranın hücumlarına görə hava məkanını bağlayıb.

Trend xəbər verir ki, qərar İranın ABŞ-nin Dohadakı Əl-Udeyd hərbi bazasına raket zərbəsi endirməsindən sonra verilib. Baza ABŞ Hərbi Hava Qüvvələrinin Fars körfəzindəki ən böyük bazalarından biridir və ABŞ-ın İranın nüvə infrastrukturuna zərbələrinə cavab olaraq hücuma məruz qalıb.

Qeyd edək ki, İran ABŞ-nin Qətər və İraqdakı bazalarına raket zərbələri endirib.

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı “Qələbə müjdəsi” adlanır.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib.

Qətərin Müdafiə Nazirliyi İranın Əl-Udeyd aviabazasını hədəf alan raket hücumunun uğurla dəf edildiyini bildirib.

"Allahın köməkliyi və hərbi qulluqçularımızın yüksək hazırlığı sayəsində hücum operativ şəkildə zərərsizləşdirilib. Hadisə nəticəsində itki və xəsarət alan olmayıb", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti