...

Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil olub

Dünya xəbərləri Materials 23 İyun 2025 20:39 (UTC +04:00)
Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil olub.

Trend xəbər verir ki, bu barədə respublikanın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “X” sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, BMT-nin Dünya Turizm Təşkilatının 2025-ci ilin may ayı üçün dərc etdiyi Dünya Turizm Barometrinə görə, Türkiyə 2024-cü ildə 56,7 milyon xarici turist qəbul edərək dünyanın ən böyük turizm məkanına çevrilib.

"Türkiyə əvvəlki il ilə müqayisədə bir pillə irəliləyərək 5-ci yerdən 4-cü yerə yüksəlməklə bu sahədə davamlı artım nümayiş etdirib. Bu böyük uğur tarixi irsimizin və mədəni sərvətimizin, güclü infrastrukturumuzun və dörd mövsümü əhatə edən turizm müxtəlifliyinin səmərəli təbliğinin nəticəsidir”, - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti