...

İran və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Gündəm Materials 23 İyun 2025 22:23 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İranın müdafiə naziri Əziz Nəsirzadə rusiyalı həmkarı Andrey Belousova zəng edib.

Bu barədə Trend-ə İran Müdafiə Nazirliyinə istinadən xəbər verib.

"İran öz ərazisinə hücum edənləri hər vasitə ilə cəzalandırmaq qərarına gəlib", - deyə Əziz Nəsirzadə bildirib.

Qeyd edək ki, İran ABŞ-ın Qətər və İraqdakı bazalarına raket zərbələri endirib.

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı “Qələbə müjdəsi” adlanır.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib.

Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-nin Qərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.

"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzü cavabsız qoymayacaq", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti