...

İran ABŞ-nin ən önəmli bazasına hücum edib – SEPAH baş komandanının müşaviri

Dünya xəbərləri Materials 24 İyun 2025 00:05 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ABŞ-nin regiondakı ən önəmli bazasına hücum edib.

Trend-in məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının müşaviri Əhməd Vəhidi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin İrana hücumunda Birləşmiş Ştatların hərbi təyyarələrinin əsas uçuşları məhz bu bazadan istifadə olunub.

Vəhidi bildirib ki, İran hər bir tərəf tərəfindən qarşılaşdığı təcavüzə qətiyyətli cavab verdiyini göstərdi.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti