...

İsrail İranın 15 qırıcı və helikopterini məhv edib - IDF

Dünya xəbərləri Materials 23 İyun 2025 10:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu İranın qərbində, şərqində və mərkəzi bölgəsində yerləşən altı aerodroma zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“İranın hava məkanında üstünlüyü möhkəmləndirmək səyləri çərçivəsində İsrail müdafiə qüvvələri İranın qərb, şərq və mərkəzi hissəsindəki altı aerodromuna hücumlar həyata keçirib”, - deyə məlumatda bildirilir.

Məlumata əsasən, zərbələr nəticəsində uçuş-eniş zolaqları, yeraltı obyektlər, yanacaqdoldurma-təyyarələrinə ziyan vurulub. Bundan başqa, İsrail PUA-larının İrana aid 15 qırıcı və helikopteri məhv etdiyi bildirilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti