...

Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb

İdman Materials 24 İyun 2025 04:42 (UTC +04:00)
Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb

Bakı. Trend:

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Trend-in məlumatına görə, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsində keçiriləcək İngiltərə - Niderland oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotias olacaq.

İyunun 25-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3), Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib, Almaniya - İtaliya görüşündə (3:2) isə dördüncü hakim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti