...

İsraildə binaya raket atılması nəticəsində 4 nəfər ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 İyun 2025 09:11 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın İsrailin Beer-Şeva şəhərinə atdığı ballistik raketin binaya tuş gəlməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. 20 nəfərin yüngül dərəcəli yaralandığı bildirilir.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir

Hadisə yerinə çoxlu sayda xilasedicilər cəlb olunub. Qismən uçmuş binanın dağıntıları altında itkin düşmüş sakinlərin axtarışı davam edir.

xxx

07:36

İrandan atılan raketin İsrailin Beer-Şeva şəhərində 7 mərtəbəli binaya düşməsi nəticəsində 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə İsrail KİV-ləri xəbər verib.

Daha 7 nəfərin orta və ya yüngül xəsarət aldığı bildirilib.

Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə zərbələr endirib. Mövcud məlumatlara görə, hər üç obyekt məhv edilib.

İyunun 23-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki ABŞ-nin Əl-Udeyd bazasına raket zərbəsi endirib.

Bu gün səhər saatlarında ABŞ prezidenti Donald Tramp tərəflərin atəşkəs barədə razılığa gəldiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti