...

Bakıda yolu keçən 50 yaşlı qadını maşın vurub öldürdü

Hadisə Materials 24 İyun 2025 09:18 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yolu keçən 50 yaşlı qadını maşın vurub öldürüb.

Trend xəbər verir ki, bu gün saat 00:20 radələrində 1975-ci il təvəllüdlü, İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi "Mercedes Axor" markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti