...

Azərbaycan insan mərkəzli inkişafa sadiqliyini bir daha təsdiqlədi

Siyasət Materials 24 İyun 2025 06:47 (UTC +04:00)
Azərbaycan insan mərkəzli inkişafa sadiqliyini bir daha təsdiqlədi

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması: yoxsulluq, inkişafsızlıq və münaqişə” mövzusunda açıq debatlarda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma səylərini vurğulayaraq, insan mərkəzli inkişafa sadiqliyini bir daha təsdiqlədi.

Bu barədə Trend Azərbaycanın BMT yanında daimi nümayəndəliyinə istinadən məlumat verib.

"Biz bütün şəhərləri və kəndləri sıfırdan yenidən qururuq, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” kimi innovativ konsepsiyaları həyata keçiririk. Son zamanlar xarabalığa çevrilmiş yaşayış məntəqələri indi müasir yaşayış məskənləri kimi dirçəlir", - deyə bəyanatda bildirilib.

Qeyd edilib, bu bölgələrdə tikilən hər bir yeni hava limanı, məktəb, ferma, xəstəxana və ya yol əldə olunan tərəqqinin möhkəmlənməsinə, sabitliyin və davamlı inkişafın qorunmasına kömək edir.

Xəbər lenti

Xəbər lenti