Bakı. Trend:
ABŞ-nin "İnter Mayami" və Braziliyanın "Palmeyras" klubları FIFA Klublararası Dünya Çempionatının pley-off mərhələsinin növbəti iştirakçıları olub.
Trend-in məlumatına görə, qrup mərhələsinin üçüncü turunda komandalar üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. 80-ci dəqiqəyə qədər "Palmeyras" rəqibinə iki top fərqi ilə uduzurdu.
"Palmeyras" və "İnter Mayami" klublarının hər ikisinin 5 xalı var, Braziliya klubu daha yaxşı top fərqi sayəsində A qrupunun qalibi olub.
1/8 finalda "İnter Mayami" Çempionlar Liqasının hazırkı qalibi "Pari Sen Jermen" ilə qarşılaşacaq. "Palmeyras" Libertadores kubokunun qalibi braziliyalı "Botafoqo" ilə qarşılaşacaq.