Bakı. Trend:
İrandan raket hücumu ilə əlaqədar İsrailin bir neçə bölgəsində hava hücumu xəbərdarlığı edilib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun "Telegram" kanalında bildirilib.
"Yaxın vaxtlarda İrandan İsrailə doğru atılan raketlərin aşkarlanmasından sonra İsrailin bir sıra bölgələrində hava həyacanı elan edilib", - deyə qeyd edilib.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri hazırda təhlükəni aradan qaldırmaq üçün ələ keçirmə və lazım olan yerlərdə zərbələrin endirilmə tədbirləri görür.
Həmçinin mülki şəxslərə təhlükəsiz yerdə sığınacaq axtarmağı və növbəti xəbərdarlığa qədər orada qalmağı tövsiyə edilib.