...

Çexiyada müxalifətin hökumətə etimadsızlıq cəhdi yenə uğursuz oldu

Dünya xəbərləri Materials 19 İyun 2025 07:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya müxalifəti parlamentin aşağı palatasında hökumətə etimadsızlıq səsverməsi üçün kifayət qədər səs toplaya bilməyib.

Trend-in məlumatına görə, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.

Üç müxalifət partiyasından ümumilikdə 94 deputat baş nazir Petr Fialanın rəhbərlik etdiyi liberal hökumətin istefasının lehinə səs verib. Hökumət koalisiyasını təmsil edən 98 deputat isə etimadsızlıq təşəbbüsünün əleyhinə çıxıb. Etimadsızlıq elan olunması üçün isə 101 səs tələb olunurdu.

Bu, müxalifətin Fiala hökumətini devirmək üçün artıq dördüncü cəhdi idi. Bu dəfə təşəbbüs ölkənin Ədliyyə Nazirliyinin məhkum olunmuş narkotik alverçisindən külli miqdarda bitkoin alması ilə bağlı qalmaqal fonunda gündəmə gətirilib. Müxalifət bu qalmaqala görə hökumətin məsuliyyət daşıdığını bildirib.

Xəbər lenti

Xəbər lenti