Bakı. Trend:
İsrail qüvvələri Tehranda İran polisinin qərargahı yaxınlığındakı binalara hücum həyata keçirib. Nəticədə bir neçə hüquq-mühafizə əməkdaşı yaralanıb.
Trend xəbər verir ki, bu barədə İran polisi məlumat yayıb.
“İsrailin təcavüzünün davamı olaraq, bir neçə saat əvvəl polis qərargahının yaxınlığındakı bir sıra binalar hədəf alınıb və nəticədə bir neçə əməkdaşımız yaralanıb”, – açıqlamada qeyd olunub.
Xəsarət alan polis əməkdaşlarının dəqiq sayı barədə məlumat verilməyib.