Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl İrana qarşı üçüncü zərbə dalğasını başlayıb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin brifinqdə məlumat verib.
O bildirib ki, zərbə dalğası İranın qərb hissəsinə yönəlib. İsrail təyyarələri yer-yer raketlərinin buraxılış qurğuları və anbar yerləri üzərindən uçaraq hədəfləri məhv edir.
Qırıcılar əsasən əvvəllər vurulmuş hədəflərə yenidən giriş etməyə və oradan sursat çıxarmağa çalışan iranlı hərbi qüvvələri hədəf alır.