...

Orta dəhliz vasitəsilə yükdaşımalar 3 il ərzində 5 dəfə artıb - 2030-cu ilə qədər olan perspektivlər

İqtisadiyyat Materials 18 İyun 2025 16:10 (UTC +04:00)
Orta dəhliz vasitəsilə yükdaşımalar 3 il ərzində 5 dəfə artıb - 2030-cu ilə qədər olan perspektivlər
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas sütunlarından birinə çevrilən Orta dəhliz kimi tanınan nəqliyyat-logistika marşrutu getdikcə daha strateji əhəmiyyət qazanır.

Orta dəhliz kimi tanınan nəqliyyat-logistika marşrutu Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas faktorlarından birinə çevrilməkdədir.

Trend xəbər verir ki, bu haqda “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) və ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun (IDD) birgə hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, son üç il ərzində Orta dəhliz üzrə yükdaşımaların həcmi 5 dəfədən çox artaraq 2021-ci ildəki 840 min tondan 2024-cü ildə 4,5 milyon tona çatıb. Ötən illə müqayisədə artım 62 faiz təşkil edib. Marşrutda iştirak edən ölkələrin məqsədi 2030-cu ilə qədər yük axınını 10 milyon tona çatdırmaqdır. Eyni zamanda, yükdaşıma müddəti 38–53 gündən 19–23 günə qədər azaldılıb və bu müddətin 15 günədək azaldılması istiqamətində işlər aparılır.

Orta dəhliz Rusiya üzərindən keçən Şimal marşrutundan fərqli olaraq, daha dayanıqlı və şaxələndirilmiş tranzit imkanı təklif edir ki, bu da geosiyasi münaqişələr və sanksiyalarla bağlı risklərin azalmasına şərait yaradır. Yalnız nəqliyyat funksiyası ilə kifayətlənməyən bu dəhliz, eyni zamanda, regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoruna çevrilərək, infrastrukturun, sənayenin inkişafını və yeni iş yerlərinin yaradılmasını stimullaşdırır.

Hesabatda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozlarına da yer verilir. Bankın hesablamalarına görə, Mərkəzi Trans-Xəzər marşrutu üzrə konteyner daşımalarının həcmi 2022-ci ildəki 18 min TEU-dan 2040-cı ildə 130 min TEU-ya çatacaq. Əgər böyük infrastruktur layihələri həyata keçirilərsə, bu rəqəm 865 min TEU-ya qədər yüksələ bilər ki, bu da mövcud göstəricidən 48 dəfə çoxdur. Dünya Bankı isə 2030-cu ilə qədər yükdaşımaların üç dəfə artaraq ildə 11 milyon tona çatacağını proqnozlaşdırır.

Dəhlizin inkişafına töhfə verən mühüm amillər sırasında nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sistemlərin qarşılıqlı uyğunluğunun artırılması və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi qeyd olunub.

Bundan əlavə, hesabatda ABMM-də qeydiyyatdan keçmiş şirkətlərin Orta dəhlizin təşviqində oynadığı fəal rola da toxunulur. Belə ki, Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu şirkətlərini birləşdirən “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi Çin və Avropa arasında multimodal daşımaların rəqəmsallaşdırılması və optimallaşdırılması üzərində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti