...

Barselonada “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi maraqla qarşılanıb (FOTO)

Cəmiyyət Materials 18 İyun 2025 16:35 (UTC +04:00)
Barselonada “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi maraqla qarşılanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Barselonanın tarixi “Palau Dalmases” sarayında “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, sərgi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti (ASB) və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində Barselonanın mədəniyyət qurumlarının nümayəndələri, fotoqraflar, dizaynerlər, sənətçilər, musiqiçilər və yerli sakinlər iştirak ediblər.

Sərginin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, dini və etnik müxtəlifliyini sənət vasitəsilə beynəlxalq ictimaiyyətə tanıtmaqdır.

Gənc və istedadlı fotoqraf Etibar Cəfərovun obyektivindən təqdim edilən Azərbaycan mənzərələri və insanları ölkənin multikultural dəyərlərini əks etdirərək sərginin əsas mövzusuna işıq tutub. Sərgi çərçivəsində fotoqraf Etibar Cəfərov müəllifi olduğu “Land of Multiculturalism” adlı kitabı Barselona Kitab Evinə hədiyyə edib.

Sərgidə siyasi elmlər doktoru, Alman Jurnalistlər Assosiasiyasının (DVPJ) üzvü Dimitris Kazarnovskisin “Azərbaycanda multikulturalizm” mövzusunda məruzəsi dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti