...

Mahir Emreli "Kayzerslautern" klubu ilə 3 illik müqavilə imzalayıb

İdman Materials 19 İyun 2025 00:55 (UTC +04:00)
Mahir Emreli "Kayzerslautern" klubu ilə 3 illik müqavilə imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

Trend-in məlumatına görə, bu barədə alman insayderi Florian Plettenberq məlumat yayıb. Bildirilir ki, 27 yaşlı forvard II Bundesliqa təmsilçisi "Kayzerslautern" klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər II Bundesliqa təmsilçisi "Nürnberq" klubunun heyətində keçirib.

Xəbər lenti

Xəbər lenti