...

İndoneziyada vulkan püskürməsi səbəbindən Baliyə onlarla reys təxirə salındı

Dünya xəbərləri Materials 19 İyun 2025 07:52 (UTC +04:00)
İndoneziyada vulkan püskürməsi səbəbindən Baliyə onlarla reys təxirə salındı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın şərqində yerləşən Levotobi Laki-Laki vulkanının püskürməsi səbəbindən Bali şəhərinə və şəhərdən həyata keçirilməli olan onlarla aviareys təxirə salınıb və ya ləğv edilib.

Trend xəbər verir ki, vulkan çərşənbə axşamı yerli vaxtla saat 17:35-də püskürüb. Kül sütununun vulkanın zirvəsindən 10 min metr yüksəkliyə qalxdığı bildirilir. Təhlükənin miqyasını nəzərə alan hakimiyyət təhlükə səviyyəsini maksimum olan dördüncü pilləyə qaldırıb.

Dağıntı və insan tələfatı ilə bağlı məlumat verilməyib.

“Virgin Australia”, “Jetstar”, “Qantas”, “Air New Zealand”, “Air India”, “TigerAir” və “Juneyao Airlines” şirkətləri vulkan səbəbindən reyslərini ləğv edib. Həmçinin “AirAsia”nın bir neçə daxili uçuşu da təxirə salınıb.

Qeyd edək ki, Levotobi Laki-Laki vulkanı turistik Flores adasında, Balinin şərqində yerləşir. Hazırda bölgədə aviasiya təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti