...

Tom Kruz görkəmli karyerasına görə fəxri "Oskar" mükafatına layiq görüləcək

Dünya xəbərləri Materials 19 İyun 2025 04:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

62 yaşlı məşhur aktyor və prodüser Tom Kruz kino sənətinə verdiyi mühüm töhfələrə görə fəxri "Oskar" mükafatına layiq görüləcək.

Trend xəbər verir ki, bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyası rəsmi məlumat yayıb.

“Qeyri-mümkün missiya”, “Dünyaların müharibəsi”, “Top Qan: Maverik” və “Amerika istehsalı” kimi filmlərlə yadda qalan Kruz daha əvvəl dörd dəfə “Oskar” mükafatına namizəd olub.

Akademiyanın Prezidenti Canet Yanq bildirib ki, builki “Governors Awards” mərasimində kino dünyasında əhəmiyyətli karyeraları və kino ictimaiyyətinə təsirləri ilə seçilən dörd əfsanəvi şəxs mükafatlandırılacaq.

Tom Kruzla yanaşı, fəxri “Oskar” mükafatına müğənni Dolli Parton, aktrisa Debbi Allen və prodüser Uin Tomas da layiq görülüblər.

Mükafatlar 16 noyabr 2025-ci il bazar günü keçiriləcək 16-cı “Governors Awards” mərasimində təqdim olunacaq.

Qeyd edək ki, daha əvvəl elan olunmuşdu: bu ildən etibarən “Oskar” mükafatları süni intellektin köməyi ilə çəkilən filmlərə də verilə bilər.

Xəbər lenti

Xəbər lenti