...

"Arsenal" Mayls-Lyuis Skelli ilə yeni müqavilə imzalayır

İdman Materials 18 İyun 2025 23:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Arsenal" klubu 18 yaşlı istedadlı futbolçu Mayls-Lyuis Skellini komandada saxlamağa nail olub.

Trend xəbər verir ki, Premyer Liqanın nəhəngi gənc sol cinah müdafiəçisi ilə yeni uzunmüddətli müqavilə barədə razılığa gəlib. Yeni sözləşmə yaxın günlərdə imzalanacaq. Müqavilə şərtlərinə əsasən, Skelli dünyanın ən çox qazanan gənc futbolçularından biri olacaq.

Qeyd edək ki, Mayls-Lyuis Skelli "Arsenal" akademiyasının yetirməsidir. O, İngiltərə millisinin də üzvüdür. Gənc futbolçu ötən mövsüm London klubunun heyətində 42 rəsmi oyuna çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti