...

Somalidə “əş-Şəbab” qruplaşmasına zərbə: 25 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 19 İyun 2025 07:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Somalinin cənubundakı Aşağı Cuba əyalətində keçirilən antiterror əməliyyatı zamanı “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “əş-Şəbab” silahlı qruplaşmasının 25 üzvü zərərsizləşdirilib.

Trend-in yerli KİV-ə istinadla verdiyi məlumata görə, məhv edilənlər arasında qruplaşmanın bəzi liderləri də var. Əməliyyat nəticəsində silahlıların mülki şəxsləri hədəf almaq üçün istifadə etdiyi mühüm bazalar və döyüş maşınları da sıradan çıxarılıb.

Planlı şəkildə həyata keçirilən hərbi əməliyyat Bullo Hacı bölgəsi yaxınlığında baş tutub.

Qeyd edək ki, Somali hökumət qüvvələri on ildən artıqdır ölkədə çoxsaylı terror aktları və hücumlarla yadda qalan “əş-Şəbab” qruplaşmasına qarşı mübarizə aparır. Son aylar ərzində ordu qruplaşmanın nəzarətində olan bir sıra əraziləri geri almağa nail olub.

Xəbər lenti

Xəbər lenti