...

Azərbaycan ilə Ermənistan arasında davam edən müzakirələr bizim üçün prioritetdir - Dövlət Departamenti

Siyasət Materials 3 İyul 2024 01:39 (UTC +04:00)
Azərbaycan ilə Ermənistan arasında davam edən müzakirələr bizim üçün prioritetdir - Dövlət Departamenti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz məsələsi Dövlət Departamenti, dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir.

Trend xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat Katibinin müavini Vedant Patel Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı suala cavabında deyib.

“Cənubi Qafqazdakı məsələ ilə bağlı geniş kontekstdə onu deyə bilərəm ki, bu, bizim üçün, dövlət katibi və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritet məsələdir. Şübhəsiz ki, sammit çərçivəsində biz bu istiqamətdə işləməyə davam edəcəyik. Bu, sammit çərçivəsində xüsusi görüşlər və ya hansısa digər təmaslar şəklində ola bilər”,- deyə o, qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan və Ermənistanın NATO toplantısına dəvət edildiyini bildirmişdi.

"Dövlət katibi Blinken bütün NATO tərəfdaşları, o cümlədən Ermənistan və Azərbaycan üçün tədbir keçirir. Bu səbəbdən düşünürəm ki, onların hər ikisi iştirak edəcək. Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Görüşdə cəmi 30 tərəfdaş iştirak edəcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti